Bizimlə əlaqə Qalereya Bizimlə əməkdaşlıq Haqqımızda XİDMƏTLƏRİMİZ
MENTAL ARİFMETİKA

Mental arifmetik proqramı ilk dəfə Yaponiyada tətbiq olunub və hazırda Yaponiya ilə yanaşı, bir sıra öndə olan dövlətlərin, eyni zamanda Türkiyənin ümumtəhsil proqramlarında mental arifmetik təlimdə tədris olunur.

Mental arifmetik proqramına başlayan şagirdlər ilk öncə abaküsləriyl (şotkayla) başlayırlar. Daha sonra zehində abaküsü əvəz edə biləcək təsəvvür yaradılır və bu təsəvür bir müddət barmaqların üzərində gerçəkləşir. Daha sonra barmaqlara da ehtiyac qalmır. Bu proqramı mənimsəyən şagirddə riyazi hesablama qabiliyyəti o qədər güclü yaranır ki, onun sürəti hesablayıcı maşınlardan öndə olur. Mütəxəssislərin fikrincə, mental arifmetik kursunu bitirən uşaqlarda yaddaş güclənir, yaradıcılıq qabiliyyəti artır və problemi dərinliyi ilə çözmək imkanı genişlənir. Bəs bu proses fizioloji cəhətdən necə gerçəkləşir? Tibb elmindən məlumdur ki, insan beyni sol və sağ yarımkürələrdən ibarətdir. Sol yarımkürə danışmaq, riyazi hesablamaq, saymaq, analiz etmək kimi funksiyaları yerinə yetirirsə, sağ yarımkürə xəyal qurmaq, ritm tutmaq, musiqini, rəngləri, məkanın aurası kimi duyğusal funksiyaları yerinə yetirir. Adətən normalda ağırlıq beynin sol yarımkürəsinə düşür. Hər iki beyin yarımkürəsi bir-biriylə tarazlı iş birliyi içərisində çalışdığı durumlarda yaxşı bir nəticə ortaya qoyulur. Professor Robert Ornesteyn beynin iki yarısının da tarazlı işləyən insanların zəka imkanlarının digərlərindən beş qat artıq olduğunu ifadə etmişdir.

Mental arifmetik proqramın həyata keçirildiyi uşaqların sağ və sol beyin yarımkürəsi bərabər şəkildə çalışır. Yəni sol payın funksiyası olaraq o eşidir, hesablayır. Sağ payın işi isə təsəvvür yaratmaq, beyində abaküstünü təsvir etmək, rəqəmləri azaltmaq və çoxaltmaqdan ibarət olur. Yəni daha çox "tənbəl” olan sağ pay aktivləşdirilir. Şübhəsiz ki, bu zaman qavrama, diqqət artır.

EDUGrata dəstəkləyir və əməkdaşlıq edir