Bizimlə əlaqə Qalereya Bizimlə əməkdaşlıq Haqqımızda XİDMƏTLƏRİMİZ
MÜHƏNDİSLİK və ROBOTEXNOLOGİYA dərsləri EDUGratada

24 fevral 2018-ci il tarixdə İnci şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən "EDUGrata" Təhsil Mərkəzində təhsilə elmin, texnologiyanın və mühəndisliyin inqerasiyasını tətbiq etmək, təhsilalanların yaradıcı düşüncəsini inkişaf etdirməklə müasir, fəal-interaktiv təlim metodllardan istifadə bacarıqlarını artırılması məqsədilə "EDUGrata" Təhsil Mərkəzi və “Engineering for Kids” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Memoranduma əsasən “Engineering for Kids” şirkəti "EDUGrata" Təhsil Mərkəzi ilə birlikdə erkən yaşlardan texniki elmlərə yiyələnmək istəyən 4-14 yaşlı uşaqlar üçün aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərəcəklər:

- Biliklərin real həyata uyğunlaşdırılması

- Layihə əsaslı təhsil

- Mühəndislik layihələri proseslərinin öyrənilməsi

- Praktik dərslərlə tətbiqi qabiliyyətlərin inkişafı

- Dərin elmi biliklərin sadə və əyləncəli izahı

- Kritik düşünmə, problem həlli səriştələrinin inkişafı

- Təqdimat və qrup işi bacarıqlarının inkişafı

- Müasir dövrün çağırışlarına hazırlıq

- Karyera seçiminə dəstək


Dərslərimizi həftə içi və həftə sonu olmaqla keçirilir.

HƏFTƏİÇİ- iki gün 2-4-cü gunlər saat 17:00, 1,5 saat , 8 dərs -130 azn

HƏFTƏSONU - bir gün 6-ci gun saat 16:00, 1,5 saat, 4 dərs - 90 azn

EDUGrata şağirdlərinə 20 % endirim olunur.

QRUPLAR- 4-6 yaş və 7-14 yaş

SİZƏ XİDMƏT ETMƏKDƏN MƏMNUN OLARIQ.


Ünvan: Cavadxan 80. Nəsimi m/s yaxınlığında. Zərifə Əliyeva parkı ilə üzbəüz.
Tel: 070 253 2929- Vatsap
: 070 263 2929

Edu Grata is affiliated and associated with the following professional organisations: