Bizimlə əlaqə Qalereya Bizimlə əməkdaşlıq Haqqımızda XİDMƏTLƏRİMİZ
EDUGrata- Engineering For KİDS əməkdaşlıq

“İnci” şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən "EDUGrata" Təhsil Mərkəzi ilə “Engineering for Kids” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumun məqsədi təhsilə elmin, texnologiyanın və mühəndisliyin inqerasiyasını tətbiq etmək, təhsilalanların yaradıcı düşüncəsini inkişaf etdirməklə müasir, fəal-interaktiv təlim metodllardan istifadə bacarıqlarını artırmaqdır.

Memoranduma əsasən, “Engineering for Kids” şirkəti "EDUGrata" Təhsil Mərkəzi ilə birlikdə erkən yaşlardan texniki elmlərə yiyələnmək istəyən 4-14 yaşlı uşaqlar üçün aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərəcəklər:

-Biliklərin real həyata uyğunlaşdırılması

-Layihə əsaslı təhsil

-Mühəndislik layihələri proseslərinin öyrənilməsi

-Praktik dərslərlə tətbiqi qabiliyyətlərin inkişafı

-Dərin elmi biliklərin sadə və əyləncəli izahı

-Kritik düşünmə, problem həlli səriştələrinin inkişafı

-Təqdimat və qrup işi bacarıqlarının inkişafı

-Müasir dövrün çağırışlarına hazırlıq

-Karyera seçiminə dəstək

Qeyd edək ki, tədbir çərçivəsində “Bilik Yarışı-5” qaliblərinin mükafatlandırma mərasimi də keçirilib. Tədbiri giriş sözü ilə açan "EDUGrata" Təhsil Mərkəzinin rəhbəri Əmənov Rauf şagirdlərə gələcək sınaqlarda uğurlar arzulayaraq onların şəxsi bilik və bacarıqlarını inkişafı haqqında müəyyən məsləhətlər verib.

7 sinif (2-8) ilk 3 yeri tutan 28 şagirdə hədiyyələr təqdim olunub. Yer tutan şagirdlərə “Ofisait” mağazalar şəbəkəsindən hədiyyə kartları, "EDUGrata" Təhsil Mərkəzi xidmətlərindən endirim kartları, eyni zamanda “Engineering for Kids” şirkətindən endirim kartları təqdim olunub.

.

Ünvan: 6-cı mkr, İlqar Cümşüdov küç, Göz xəstəxanasının yanı,

Əlaqə: 070 253 29 29, 070 263 29 29

EDUGrata dəstəkləyir və əməkdaşlıq edir