DƏYƏRLİ VALİDEYNLƏR
QURBAN BAYRAMI münasibəti ilə qeydiyyat kampaniyamızdan yararlanın.
Aylıq təhsil haqqına 10% endirim;
Oyal məhsullarına 10% endirim;
Oyaldan məktəbli çantası hədiyyə;
Son qeydiyyat tarixi: 30.09.2018
Məktəbəqədər hazırlıqda aşağıdakı fənlər tədris olunur
savad təlimi-yazı qaydası –Uşaqlarda yazı qabiliyyətinin inkişafı üçün məşğələ (matorika)
riyazi təsəvvür, məntiq – ilkin riyazi anlayışların və uşaqlarda məntiqi təfəkkürün inkişafı
ingilis dili – İngilis dilinin ilkin anlayışları
ətraf aləmlə tanışlıq - ətraf mühitin uşağa qavradılması
rəsm - Uşaqların rəsm qabiliyyətinin inkişaf etdirilməsi
intellektual oyunlar – Uşaqların oyunlar vasitəsilə sosial inkişafı
nağıllar aləmi-nitqin inkişafı - nağıllar aləminə səyahət.
Əlifba –danışıq qabiliyyətinin öyrədilməsi və inkişafı
Dərslər həftədə 3 və ya 5 gün, gündəlik 4 dərs saatı olmaqla Azərbaycan və rus bölmələri üzrə səhər və günorta növbələrində təşkil olunur.
Dərslərimiz yüksək peşəkarlıq qabiliyyəti və təcrübəsinə sahib olan müəllim tərəfindən keçirilir. Məktəbəqədər hazırlıq üzrə 7 il xarici təcrübə və 6 il yerli təcrübəyə malik pedaqoq övladlarınıza bilik, savad verməklə yanaşı onların əl qabiliyyətlərinin(oriqami,matorika və s.) inkişafında yaxından köməklik göstərəcək. Bundan əlavə olaraq danışmaqda çətinlik çəkən, dil qüsuru olan uşaqların danışması istiqamətində yardım ediləcək.